Gürcüstanda restoran və barlar açılır

  27 May 2020    Oxunub : 3012
Gürcüstanda restoran və barlar açılır
Gürcüstan hakimiyyəti koronavirusun yayılması təhlükəsi səbəbindən tətbiq olunan məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayıb.
Azvision.az xəbər verir ki, Baş Nazir Giorgi Qaxaria mayın 29-da metro da daxil olmaqla bütün növ nəqliyyat vasitələrinin açılacağını bildirib.

Onun sözlərinə görə, iyunun 8-dən restoranlar, kafe və barların işi bərpa olunacaq. Açıq səma altında olan restoranlara isə iyunun 1-dən fəaliyyətini bərpa etmələrinə icazə veriləcək.

Ölkədə bütün ticarət mərkəzləri iyunun 8-də açılacaq.

Xatırladaq ki, Gürcüstanda bu günə kimi 735 nəfər koronavirusa yoluxub, 12 xəstə vəfat edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Gürcüstan