Ermənistanda daha 372 nəfər koronavirusa yoluxub

  27 May 2020    Oxunub : 2889
Ermənistanda daha 372 nəfər koronavirusa yoluxub
Ermənistanda son sutka ərzində daha 372 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bununla da ölkədə ümumi yoluxma sayı 7774-ə çatıb.

Son sutkada 7 nəfər olmaqla, indiyədək 98 xəstə pandemiyanın qurbanı olub. 3255 nəfər sağalaraq evə buraxılıb. Digər səbəblərdən öldüyü iddia edilən koronavirus xəstələrinin sayı 44 nəfərdir.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Ermənistan   Koronavirus