Özbəkistanda koronavirusa yoluxma halları artıb

  27 May 2020    Oxunub : 2482
Özbəkistanda koronavirusa yoluxma halları artıb
Özbəkistanda koronavirusa yoluxanların sayı daha 43 nəfər artaraq 3333-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, hazırda COVID-19 xəstəsi olan 683 nəfər var, onlardan dördünün vəziyyəti ağırdır.

"Bu gün səhərə olan məlumata görə, koronavirus infeksiyasına yoluxma hallarının sayı 3333-dir. Bir gün əvvəl 75 yoluxma qeydə alınıb", - deyə məlumatda bildirilib.

Özbəkistanda ilk yoluxma martın 15-də Fransadan qayıdan bir qadında aşkarlanıb.

Prezident Şavkat Mirziyoyev son günlərdə yoluxma sayının artması ilə əlaqədar olaraq dünən karantin tədbirlərinin gücləndirilməsi və COVID-19 üçün testlərin sayının artırılması barədə göstəriş verib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Özbəkistan   Koronavirus