Rusiyada Qələbə Paradı iyunun 24-də keçiriləcək

  26 May 2020    Oxunub : 2438
Rusiyada Qələbə Paradı iyunun 24-də keçiriləcək
Rusiyada İkinci Dünya Müharibəsində faşizm üzərində qələbənin 75-ci il dönümü münasibətilə Qələbə Paradı keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Müdafiə naziri Sergey Şoyqu ilə keçirdiyi videokonfransda məlumat verib.

Putin bildirib ki, parad iyunun 24-də baş tutacaq.

Bundan əlavə, Putin Rusiyanın paytaxtı Moskvada və digər şəhərlərdə Qələbə Paradının keçirilməsinə hazırlıqla bağlı müvafiq tapşırıqlarını verib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar 9 May Qələbə Günündə kütləvi tədbirlər təxirə salınmışdı.

Azvision.az

Teqlər: Rusiya   Parad