İki gün əvvəl qaçırılan maşın tapıldı

  26 May 2020    Oxunub : 2352
İki gün əvvəl qaçırılan maşın tapıldı
Abşeronda avtomobil qaçırılıb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 24-ü saat 21 radələrində Abşeron rayonunun Hökməli qəsəbəsi ərazisindən qəsəbə sakini A.Zamanlıya məxsus “Opel” markalı avtomobil qaçırılıb.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerlisi A.Həsənli avtomobillə birgə saxlanılıb.

Azvision.az

Teqlər: Maşın   Oğru   DİN   Həbs