Bərdədə istifadəyə yararsız ət aşkar edildi - FOTO

  26 May 2020    Oxunub : 3098
Bərdədə istifadəyə yararsız ət aşkar edildi -    FOTO
Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, mayın 26-da RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Tərtər rayon sakini A.Əhmədov idarət etdiyi avtomobillə rayonun Divanlı kəndi ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib. Onun idarə etdiyi “Mersedes” markalı avtomobilin yük yerinə baxış keçirilən zaman oradan mənşəyi məlum olmayan 70 kq ət aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.



Azvision.az

Teqlər: Bərdə   Ət   DİN