Rusiyada daha 174 nəfər pandemiyanın qurbanı oldu

  26 May 2020    Oxunub : 2378
 Rusiyada daha 174 nəfər pandemiyanın qurbanı oldu
Rusiyada son sutka ərzində 8915 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxma sayı 362 min 342 nəfərdir. Pandemiya qurbanlarının sayı 174 nəfər artaraq 3807-ə çatıb. İndiyədək 131 min 129 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya