Hindistanda koronavirus sürətlə yayılır

  26 May 2020    Oxunub : 2533
Hindistanda koronavirus sürətlə yayılır
Hindistanda son sutka ərzində 6500-dən çox insan koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Hindistan Səhiyyə və Ailə Rifah Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların sayı 145 min 380 nəfərə çatıb. İndiyədək 54 min 440 xəstə sağalıb. Pandemiya qurbanlarının sayı 146 nəfər artaraq 4167-yə yüksəlib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Hindistan