Rusiyada hərbi helikopter qəzaya uğradı - Ölənlər var

 Rusiyada hərbi helikopter qəzaya uğradı -  Ölənlər var
  26 May 2020    Oxunub:3909
Rusiya Aerokosmik Qüvvələrinin Mi-8 helikopteri Çukotkadakı "Kömür mədəni" hava limanına sərt eniş edib.

Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, helikopter 15 metr yüksəklikdən yerə düşüb və sərt eniş nəticəsində dörd nəfər ölüb.
Qəzadan sonra yanğın baş verib, alovu söndürmək mümkün olub.

İlkin versiyaya görə, helikopterin qəza səbəbi texniki nasazlıq ola bilər. Artıq "qara qutu" tapılıb. Onun zədələnmədiyi bildirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   qəza  





Xəbər lenti