Daşkəsəndə 4 otaqlı ev yanıb

  26 May 2020    Oxunub : 2865
Daşkəsəndə 4 otaqlı ev yanıb
Daşkəsən rayonunun Gurbulaq kəndində ümumi sahəsi 225 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və bitişik, ümumi sahəsi 120 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 70 m² sahədə yanıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az

Teqlər: FHN   Yanğın