“Ər və arvad” tamaşası onlayn təqdim olundu

  25 May 2020    Oxunub : 8966
“Ər və arvad” tamaşası onlayn təqdim olundu
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı “Ər və arvad” tamaşasını növbəti dəfə “facebook” hesabı vasitəsilə onlayn təqdim edib.
Teatrın mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, tamaşanın rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurbanov, baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Elməddin Dadaşov və Tamilla Aslanovadır.

Tamaşada rolları Xalq artisti Fatma Mahmudova, Əməkdar artistlər Ələkbər Əliyev, Nahidə Orucova, Rəsmiyyə Nurməmmədova, Elxan İsmayılov, Ağaxan Şərifov, aktyorlar Möylə Mirzəliyev, Əliməmməd Novruzov, Fərid Rzayev və Ruslan Mürsəlov ifa ediblər.

Azvision.az

Teqlər: Teatr   Tamaşa