Hədə-qorxu ilə pul tələb edən qardaşlar saxlanıldı

Hədə-qorxu ilə pul tələb edən qardaşlar saxlanıldı
  25 May 2020    Oxunub:2585
Binəqədi RPİ 7-ci PB əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin fevral ayından may ayının 21-dək olan müddətdə Xırdalan şəhər sakini H.Babayevə hədə-qorxu gələrək 2300 manatını almaqda və 270 manat tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri M.Seydiyev və qardaşı H.Seydiyev saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, M.Seydiyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun mayın 17-də rayon ərazisindəki marketlərin birindən 287 manat dəyərində qolbaq oğurlaması da müəyyən edilib.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN   Oğurluq  





Xəbər lenti