Gizlətdiyi 10 kq marixuananı polisə verdi

  25 May 2020    Oxunub : 2312
Gizlətdiyi 10 kq marixuananı polisə verdi
Külli miqdarda narkotik vasitə müsadirə olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Neftçala RPŞ əməkdaşlarının narkotik vasitə ilə tutulmuş Bankə qəsəbə sakini F.Allahverdiyevin ətrafında apardıqları əməliyyat tədbiri nəticəsində onun Şorkənd kəndi ərazisində gizlətdiyi yerdən çəkisi 10 kiloqram 150 qram marixuana da aşkar edilib götürülüb.

Azvision.az

Teqlər: DİN