Özbəkistanda COVID-19-a yoluxma sayı artdı
"25 may səhər saatlarına olan məlumata görə, Özbəkistanda koronavirus infeksiyasına yoluxma hallarının sayı 3180 nəfərdir”, - deyə nazirliyin açıqlamasında bildirilib.
Hazırda 602 xəstənin müalicəsi davam edir, onlardan üçünün vəziyyəti ağırdır.
Xatırladaq ki, Özbəkistanda ilk yoluxma halı martın 15-də Fransadan qayıdan bir qadında aşkarlanıb. İndiyədək 13 nəfər pandemiyanın qurbanı olub.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Özbəkistan Koronavirus