Almaniyada daha 289 nəfər koronavirusa yoluxdu

  25 May 2020    Oxunub : 2572
Almaniyada daha 289 nəfər koronavirusa yoluxdu
Almaniyada son sutkada daha 289 nəfər koronavirusa yoluxub, 10 xəstə ölüb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Robert Kox institutu məlumat yayıb. Bildirilib ki, bir gün əvvəl yoluxma sayı 431, ölənlərin sayı isə 31 nəfər olub.

Ümumilikdə Almaniyada indiyədək 178 570 yoluxma faktı qeydə alınıb, 8257 koronavirus xəstəsi vəfat edib.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: Almaniya   Koronavirus