Bir gündə 101 mindən çox yoluxma qeydə alındı

Bir gündə 101 mindən çox yoluxma qeydə alındı
  25 May 2020    Oxunub:3947
Dünyada koronavirusa yoluxanların sayı artmaqda davam edir.
Azvision.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 pandemiyası ilə bağlı gündəlik hesabatını açıqlayıb.

Hesabata əsasən, ötən sutka ərzində 101 min 502 nəfər yeni növ koronavirusa yoluxub, 4286 nəfər isə dünyasını dəyişib.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb. İkinci yerdə Avropa regionu qərarlaşıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti