“ÜST yerində və peşəkar tövsiyələr verdi” - Çinli nazir

 “ÜST yerində və peşəkar tövsiyələr verdi” -  Çinli nazir
  24 May 2020    Oxunub:4044
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus infeksiyasının yayılmasının ilk günlərindən başlayaraq, yerində və peşəkar tövsiyələr verdi, bu mövzuda çox yaxşı işlər gördü.
Azvision.az xəbər verir ki, bunu Çinin Xarici İşlər naziri Van İ ABŞ-ın virusun yayılmasına görə ÜST-ü tənqid etməsinə münasibət bildirərkən deyib.

"Virusun yayılmasının ən başından Tedros Adanom Qebreyesusun rəhbərliyi ilə ÜST elmin ardınca getdi və hər cəhətdən vaxtında və peşəkar məsləhət verdi. Yaxşı bir iş gördü və vəzifəsini yerinə yetirdi", - deyə Van İ vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Vanİ   Çin  





Xəbər lenti