Yaponiyalı tennisçi ən çox qazanan idmançı oldu

Yaponiyalı tennisçi ən çox qazanan idmançı oldu
  24 May 2020    Oxunub:4165
Yaponiyalı tennisçi Naomi Osaka keçən il 37.4 milyon dollar qazanıb və bununla dünyanın ən yüksək gəliri olan idmançısı hesab olunub.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi "Forbes"ə istinadən məlumat yayıb.

O, 1.4 milyon dollar qazanmaqla dörd il ərzində ən yüksək gəlirli idmançıların siyahısına başçılıq edən amerikalı tennisçi Serena Villiamsı geridə qoyub.

Qeyd edək ki, 2015-ci ildə qadın idmançılar arasında ən çox rusiyalı tennisçi Mariya Şarapova (29,7 milyon dollar) gəlir əldə etmişdi.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İdman   NaomiOsaka  





Xəbər lenti