“Cəmil Həsənli ABŞ-a köçəndən sonra əqidəsi dəyişdi” - Eldəniz Quliyev

  23 May 2020    Oxunub : 5126
 “Cəmil Həsənli ABŞ-a köçəndən sonra əqidəsi dəyişdi” - Eldəniz Quliyev
"Cəmil Həsənli deyir ki, Eldəniz Quliyev Milli Şuranın mövqeyinə uyğun hərəkət etmirdi, Milli Şuranın maraqlarına ziyan vururdu. Ancaq soruşanda ki, nədir mənim ziyanım, cavab verən yox idi"
Azvision.az xəbər verir ki, bunu Milli Şuradan istefa verən kinorejissor Eldəniz Quliyev deyib.

Onun sözlərinə görə, məsələnin görünməyən başqa tərəfləri var: "Cəmil Həsənli Amerikaya köçəndən sonra onun əqidəsi, Milli Şuranın məqsəd-məramı dəyişdi. Heç kimə sirr deyil ki, başda Amerika təşkilatları olmaqla bir çox təşkilat qrant layihələrini dayandırdı. Təkcə LGTB-dən başqa. Yəqin ki, bu, çox şeyi izah edir. Cəmil Həsənli mənə deyirdi ki, sən bir neçə dəfə üzdəniraqları tənqid edən statuslar yazmısan, bu, bizə ziyan vurur. Ziyan nədir soruşuram, cavab verən yoxdur".

Azvision.az

Teqlər: Milli-Şura