“Rusiya və ABŞ arasında Qarabağ danışıqlarında pozitivlik var” - Ryabkov

 “Rusiya və ABŞ arasında Qarabağ danışıqlarında pozitivlik var” -  Ryabkov
  23 May 2020    Oxunub:4460
Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Moskva ilə Vaşinqton arasında səmərəli dialoqun olduğu formatlardan biridir.

Azvision.az xəbər verir ki, bu barədə A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondu tərəfindən təşkil edilmiş Rusiya-Amerika münasibətlərinin hazırki vəziyyəti və perspektivlərinə dair onlayn müzakirələr zamanı Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, bu dialoqda qığılcım mənbələrindən daha çox pozitivlik var.

"ATƏT-in Minsk qrupu formatında iş davam etdirilir, biz bu formatı qiymətləndiririk. İrəliləyiş əldə etmək üçün kollektiv şəkildə müəyyən edilən istiqamətdə əzmlə işimizi davam etdiririk",- deyə Rusiyanın XİN rəhbərinin müavini əlavə edib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   XİN   Qarabağ   ABŞ   Moskva  





Xəbər lenti