İranda son sutkada koronavirusdan 59 nəfər ölüb

İranda son sutkada koronavirusdan 59 nəfər ölüb
  23 May 2020    Oxunub:2900
İranda son sutka ərzində daha 1869 nəfər koronavirusa yoluxub. Bununla da ölkədə yoluxma sayı 133 min 521-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib. Onun sözlərinə görə, xəstələrdən 2633 nəfərin vəziyyəti ağırdır.

Ötən 24 saatda 59 nəfər olmaqla, koronavirusdan indiyədək 7359 nəfər dünyasını dəyişib. 104 min 72 xəstə sağalıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti