Britaniya səfirliyindən Ramazan təbriki

Britaniya səfirliyindən Ramazan təbriki
  23 May 2020    Oxunub:3060
Böyük Britaniyanın Bakıdakı səfriliyi Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsində paylaşım edilib.

"Britaniya səfirliyi Ramazan bayramını qeyd edən hər kəsi bayram münasibətilə təbrik edir! Ramazan əməllərimizi düşünməyin, mərhəmət, xeyriyyəçilik və fədakarlıq dəyərlərinin zamanıdır. Bu dəyərlər COVİD19 pandemiyasının çətin vaxtlarında xüsusilə vacibdir və bu Ramazan bayramında bizim sağlamlağımızın və təhlükəsizliyimizin keşiyində duran hər kəsə xüsusilə minnətdarıq. Ramazan Bayramınız Mübarək!", - deyə təbrikdə vurğulanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Britaniya   Səfirlik  





Xəbər lenti