Ermənistanda vəkilə və ailəsinə hücum edilib

 Ermənistanda vəkilə və ailəsinə hücum edilib
  23 May 2020    Oxunub:3174
Ermənistanda vəkil Tiqran Atanesyana və ailəsinə hücum edilib.
Azvision.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Avetik İşxanyan “Facebook” səhifəsində yazıb.

O bildirib ki, hadisə açıq şəkildə baş verib, çünki hücum edənlər cəzasız qalacaqlarına əmin olublar.

“Bu hücum təsadüfidir, ya sifarişlidir? Hər halda hücumun təsadüfi olmadığına əminəm. Biz 90-cı illərin kabusuna qayıdırıq? Vəkil Ruben Saakyana hücum edilən dövrə. Həm də cəzasızlığa”, - deyə erməni hüquq müdafiəçisi əlavə edib.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti