Qubada silsilə oğurluq edən şəxs tutuldu - FOTOLAR

Qubada silsilə oğurluq edən şəxs tutuldu -    FOTOLAR
  23 May 2020    Oxunub:3665
Quba rayonunun Dəvədabanı yaşayış massivi ərazisində yerləşən evlərin birindən bir ədəd samovar, eləcə də geyim və digər məişət əşyaları oğurlamaqda şübhəli bilinən yerli sakini, 19 yaşlı Əli Ağabəyov saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba rayon regional qrupundan Azvision.az -a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Ə.Ağabəyovun ətrafında aparılan tədbirlər nəticəsində onun törətdiyi başqa bir cinayət hadisəsinin də üstü açılıb. Belə ki, saxlanılan şəxs cari il may ayının əvvəlində rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olmaqla oradan iki ədəd velosiped oğurlayıb.



Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edərək cinayət yolu ilə əldə etdiyi əşyaları dəyərindən ucuz qiymətə satdığını bildirib. Oğurlanan əşyaların yeri polis əməkdaşları tərəfindən müəyyənləşdirilərək maddi sübut kimi götürülüb.



Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, həmin şəxsin başqa cinayət hadisələrində iştirak edib-etməməsi araşdırılır.

Azvision.az


Teqlər: DİN   Quba  





Xəbər lenti