İran səfirindən 28 May təbriki

  23 May 2020    Oxunub : 2471
İran səfirindən 28 May təbriki
İranın Bakıdakı səfiri Cavad Cahangirzadə Azərbaycan dövlətini və xalqını 28 May - Respublika Günü münasibətilə təbrik edib.
Səfirlikdən Azvision.az -a verilən məlumata görə, təbrikdə deyilir:

İran xalqı və dövləti adından hazırda müqəddəs Ramazan bayramı günləri ilə eyni vaxta təsadüf edən, qarşıdan gələn Azərbaycanın Milli bayramı 28 May - Respublika Günü münasibətilə dost və qardaş ölkənin şərafətli xalqını və dövlətini səmimi qəlbdən təbrik edir, ulu tanrıdan Azərbaycan Respublikasının davamlı inkişaf və tərəqqi əldə etməsini arzulayıram.

Şübhəsiz, İran ilə Azərbaycan arasındakı dil ortaqlığı ilə yanaşı, mövcud tarixi, dini və mədəni bağlar, iki qonşu ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi və inkişaf etdirilməsi üçün təsirli bir amildir.

Əminəm ki, ölkələrimizin yüksək səviyyəli rəsmilərinin mövcud dostluq əlaqələrinə və nümayiş etdirdikləri güclü iradəyə arxalanmaqla birgə səylərimiz nəticəsində siyasi, iqtisadi, mədəni və təhlükəsizlik üzrə münasibətlərin inkişafını parlaq gələcəyə doğru apara biləcəyik”.

Səfir bütün dünyadan, xüsusən də Azərbaycandan koronavirusun tezliklə yoxa çıxmasını arzulayıb. Azərbaycan Prezidenti İlham Əliyevin koronavirusla mübarizə aparmaq məqsədilə İrana göstərdiyi yardıma görə təşəkkür və minnətdarlığını bildirib:

Bir daha Azərbaycan Respublikasının əziz xalqına və möhtərəm dövlət rəsmilərinə möhkəm cansağlığı və xoş günlər arzulayıram”.

Pərvanə Sultanova
Azvision.az

Teqlər: İran   Təbrik