Özbəkistanda “COVID-19”a yoluxma sayı 3078-ə çatdı

Özbəkistanda “COVID-19”a yoluxma sayı 3078-ə çatdı
  23 May 2020    Oxunub:2935
Özbəkistanda son sutkada koronavirusa yoluxanların sayı 42 nəfər artaraq 3078-ə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu günədək 13 xəstə ölüb, 2492 nəfər virusdan sağalıb. Yeni yoluxma halları xaricdən gələn vətəndaşlarda aşkar edilib. Hazırda koronaviruslu 573 xəstə müalicə alır, dörd nəfərin vəziyyəti ağırdır.

Qeyd edək ki, Özbəkistanda koronavirusa ilk yoluxma martın 15-də Fransadan qayıdan qadında aşkarlanıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Özbəkistan   Koronavirus  





Xəbər lenti