Qarabağda koronavirusa yoluxma sayı yenə artdı

 Qarabağda koronavirusa yoluxma sayı yenə artdı
  22 May 2020    Oxunub:2839
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində daha 4 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Bildirilib ki, Qarabağda virusa yoluxanların sayı 33 nəfərə çatıb. Onlardan 8-i sağalıb. Ümumilikdə 69 nəfər təcrid edilib.

Qeyri-rəsmi məlumatlarda isə yoluxma sayının daha çox olduğu bildirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qarabağ   virus  





Xəbər lenti