Almaniya səfiri İlham Əliyevə təşəkkür etdi

 Almaniya səfiri İlham Əliyevə təşəkkür etdi
  21 May 2020    Oxunub:4221
Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Azvision.az xəbər verir ki, bu barədə diplomat “Twitter” səhifəsində paylaşım edib.

“Azərbaycan Prezidentinə, onun komandasına, Xarici İşlər Nazirliyinə, əməkdaşlıq üçün cəlb edilmiş digər orqanların səlahiyyətli şəxslərinə bir çox Almaniya və Azərbaycan vətəndaşlarının evlərinə qayıtmalarına imkan verən Berlin və geriyə çarter reysi təşkil etdikləri üçün təşəkkür edirəm. Bu, uzunmüddətli dostluğumuzun yeni bir sübutudur!”, - deyə səfir vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Almaniya   Səfir   Prezident  





Xəbər lenti