Salyanda silahlı şəxs saxlanılıb

Salyanda silahlı şəxs saxlanılıb
  21 May 2020    Oxunub:3244
Salyan sakininin avtomobilindən silah götürülüb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Pratman Gəncəli kənd sakini N.Kambarovun idarə etdiyi “QAZ-310212” markalı avtomobildən müvafiq sənədləri olmayan “İJ-17” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Azvision.az



Teqlər: Silah   DİN  





Xəbər lenti