34 cinayətin üstü “isti izlər”lə açılıb

34 cinayətin üstü “isti izlər”lə açılıb
  21 May 2020    Oxunub:3110
Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində törədilən 34 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verlən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti