Sumqayıt məişət tullantıları poliqonunda yanğın - Yenilənib

Sumqayıt məişət tullantıları poliqonunda yanğın -  Yenilənib
  21 May 2020    Oxunub:6065
Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğınsöndürmə işləri başa çatıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın saat 20:55-də yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub.

Azvision.az FHN-ə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Azvision.az


Teqlər: FHN   Yanğın  





Xəbər lenti