Türkiyə müsəlmanları Fələstinə dəstək olmağa çağırdı
Onun sözlərinə görə, beynəlxalq birliyin qanunsuzluğa “dur” deməsinin vaxtı çatıb. Kalın bildirib ki, Fələstin xalqının hüquqlarına məhəl qoymayan hər hansı bir plan və ya təşəbbüsün legitimliyi yoxdur.
"İlhaq və işğalçılıq siyasətini birbaşa və ya dolayı yolla dəstəkləyənlər Təl-Əviv cinayətlərinin iştirakçılarıdır. Fələstin-İsrail qarşıdurmasının mərkəzində işğal faktı dayanır. Ankara Qüdsün dini, tarixi və hüquqi statusunun dəyişdirilməsi addımlarını qətiyyətlə rədd edir. Qüds müqəddəsdir və ümumi irsimizin bir hissəsidir. Tarix bu dəyərlərə xəyanət edənləri bağışlamayacaq. Fələstin əraziləri fələstinlilərə məxsusdur".
Türkiyə rəsmisi İslam ölkələrini Fələstin xalqını və Fələstin torpaqlarını İsrailin işğalı və ilhaqından qorumaq üçün təcili addımlar atmağa çağırıb.
Şahanə Rəhimli
Azvision.az