Şuşa ilə bağlı müraciət BMT-də rəsmi sənəd kimi dərc olundu

 Şuşa ilə bağlı müraciət BMT-də rəsmi sənəd kimi dərc olundu
  20 May 2020    Oxunub:4685
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin qurumun baş katibi Antonio Quterreşə Şuşanın işğalının 28-ci ildönümü ilə bağlı ünvanladığı müraciət BMT-nin rəsmi sənədi kimi yayılıb.
Azvision.az xəbər verir ki, bunu Azərbaycanın XİN-in Mətbuat Xidməti rəisi Leyla Abdullayeva öz “Twitter” səhifəsində yazıb.

Onun sözlərinə görə, müraciətdə Ermənistan silahlı qüvvələrinin 1992-ci il mayın 8-də Azərbaycanın Şuşa şəhərini işğal etdiyi diqqətə şatdırılıb. Həmin müraciət BMT Baş Assambleyasının sənədi kimi dərc edilib.

Azvision.az



Teqlər: Şuşa   BMT  





Xəbər lenti