Qarabağda erməni hərbçi intihar etdi - YENİLƏNİB
Hərbçi aldığı xəsarətdən hadisə yerində ölüb. Qeyd olunub ki, Henrik Aramyan xidmət yoldaşları tərəfindən incidildiyi üçün özünü vurub. Faktla bağlı araşdırma aparılır.
***
Ermənistan silahlı qüvvələrinin hərbçisi ölüb.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında hərbi hissələrdən birinin döyüş mövqeyində baş verib. Müddətdən artıq xidmət keçən hərbi qulluqçu Henrik Aramyan başından aldığı güllə yarasından ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Azvision.az
Teqlər: Ermənistan Əsgər