Keçmiş məhkum avtomobil qaçırdı

Keçmiş məhkum avtomobil qaçırdı
  19 May 2020    Oxunub:2607
Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinə müraciət edən paytaxt sakini Ə.Əliyev mayın 17-də Binəqədi qəsəbəsi ərazisindən “Ravon” markalı avtomobilinin qaçırıldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Cəfərov Bilgəh qəsəbəsi ərazisində avtomobillə birgə saxlanılıb.

Azvision.az



Teqlər: DİN   Cinayət  





Xəbər lenti