Səfirlikdən Polşaya getmək istəyənlərə xəbərdarlıq

Səfirlikdən Polşaya getmək istəyənlərə xəbərdarlıq
  19 May 2020    Oxunub:3563
Polşa Respublikasının Bakıdakı səfirliyi bu ölkəyə səfər etməyi planlaşdıran şəxslərə xəbərdarlıq edib.
Azvision.az səfirliyin “Facebook” səhifəsinə istinadən xəbər verir ki, 13 iyun 2003-cü il tarixli “Polşa Respublikasının ərazisinə giriş-çıxış və qalma qaydalarını müəyyən edən əcnəbilər haqqında” qanuna əsasən, əcnəbilərin Polşaya giriş-çıxış və qalma şərtlərinə konsul deyil, sərhədi keçərkən sərhəd gözətçisi qərar verir.

Səfirlik Polşaya səfər etməyi planlaşdıranların tətbiq olunan məhdudiyyətlərlə tanış olmalarını xahiş edir. Səfər edəcək şəxslər LİNKdən istifadə edə bilərlər:

Azvision.az


Teqlər: Polşa   Səfirlik  





Xəbər lenti