Bir gündə iki piyada ölümü

Bir gündə iki piyada ölümü
  18 May 2020    Oxunub:3407
Mayın 17-də saat 14 radələrində Sabirabad şəhərində şəhər sakini B.İmamverdiyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Elman Mirzəliyevi vurub.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Digər hadisə Balakən rayonunun Qullar kəndi ərazisində qeydə alınıb.

Belə ki, Mazımçay kənd sakini M.İbrahimov idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən kənd sakini Cavadxan Şəkiliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Hər iki faktl bağlı araşdırma aparılır.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti