Bir ildə 91 nəfər insan alverinin qurbanı olub

   Bir ildə 91 nəfər insan alverinin qurbanı olub
  18 May 2020    Oxunub:3471
İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanmış cinayət işlərindən 27-nin istintaqı tamamlanaraq 27 təqsirləndirilən şəxs ( 5 kişi, 22 qadın) cinayət məsuliyyətinə cəlb edilib.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov deyib.

Onun sözlərinə görə, əvvəlki illərdə cinayət təqibi tamamlanmış şəxslər də nəzərə alınmaqla 42 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb.

Belə ki, müəyyən edilən 91 insan alveri qurbanından 89-u Azərbaycan vətəndaşı, 2-si əcnəbi olub ( Tacikistan və Özbəkistan vətəndaşları). Onlardan 54-ü istismar məqsədilə Türkiyə, 16-sı Qətər, 8-i İran, 5-i Rusiyaya aparılıb. 5-i Birləşmiş Ərəb Əmirliklərində, 3-ü Azərbaycanda istismara məruz qalıb. Zərərçəkənlərdən 78-i Daxili İşlər Nazirliyinin sığınacağına yerləşdirilib.

14 nəfər işlə təmin edilib, 45-i peşə kursuna göndərilib. 58 nəfər ailələrinə geri qaytarılıb.

Azvision.az


Teqlər: İnsan-Alveri  





Xəbər lenti