Şanxayda 11 həftədən sonra ilk yoluxma
Bildirilib ki, yoluxan şəxs virusun yayılma mərkəzi olan Hubey əyalətindən iş axtarmağa gəlib. Hazırda o, şəhərdəki xəstəxanaların birində müalicə olunur. Onunla əlaqə saxlayan 20 nəfər karantinə alınıb.
Bu, Şanxayda 11 həftə ərzində ilk yerli yoluxma halıdır. Mart ayının əvvəlindən etibarən şəhərdə yalnız xaricdən gələn şəxslərdə yoluxma aşkarlanıb. Mayın 17-nə olan məlumata görə, Şanxayda cəmi 666 yoluxma baş verib. Çinin sərhədləri xaricində 326 nəfər koronavirusa yoluxub. Hazırda şəhər xəstəxanalarında 18 nəfər müalicə alır. İndiyədək Şanxayda 7 nəfər pandemiyanın qurbanı olub.
Şahanə Rəhimli
Azvision.az