Laçının peykdən təsviri - FOTO

   Laçının peykdən təsviri -    FOTO
  18 May 2020    Oxunub:9252
Laçın rayonunun bu ilin aprel ayında “Azersky” peykindən əldə olunmuş təsviri təqdim edilib.
Azvision.az xəbər verir ki, təsviri “Azərkosmos” ASC yayıb.

Qeyd edək ki, bu gün Azərbaycanın strateji baxımdan mühüm coğrafi mövqedə yerləşən Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 28 il ötür. Tarixi, mədəniyyət, memarlıq abidələri, qala tipli abidələrin və qədim qaya təsvirlərinin məskəni olan Laçın erməni vandalizminin qurbanına çevrilib. Həmçinin nadir təbiət kompleksinə malik Laçının meşələrində dünyada qiymətli növ hesab olunan qırmızı palıd (qızıl palıd) mövcud olub.

Azvision.az



Teqlər: Laçın   Peyk  





Xəbər lenti