Şəmkirdə kafedə yanğın baş verib

Şəmkirdə kafedə yanğın baş verib
  17 May 2020    Oxunub:4272
Şəmkir rayonunda yanğın olub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 124 m² olan kafenin mətbəxində birinin həcmi 10 litr və digərinin həcmi 25 litr olan 2 ədəd məişət qaz balonunda ani alışma baş verib. Nəticədə kafenin mətbəxinin lambirindən ibarət tavanı 24 m² sahədə yanıb.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Azvision.az


Teqlər: FHN   Yanğın   Kafe  





Xəbər lenti