DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan
Azvision.az -a verilən məlumata görə, rayon Mərkəzi Xəstəxanasında keçirilən qanvermə aksiyasında yerli idarə, təşkilatlarla yanaşı Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları da yüksək həvəslə və könüllü olaraq qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Aksiya iştirakçıları əvvəlcə həkim nəzarətindən keçirilib, daha sonra onlar qan vermək üçün masalara yaxınlaşıblar.
Toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra Mərkəzi Qan Bankına təhvil veriləcək və irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.
Azvision.az