Xocavənddə sakinlərə tibbi maskalar paylanılıb

Xocavənddə sakinlərə tibbi maskalar paylanılıb
  16 May 2020    Oxunub:3529
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısını alınması istiqamətində tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, Beyləqan rayonunun ərazisində Xocavənd rayonundan olan məcburi köçkünlər üçün salınmış qəsəbələrdəki yerli inzibati və idarəetmə orqanlarının, bankların önündə yarana biləcək sıxlığı nəzərə alaraq polis əməkdaşları tərəfindən mütəmadi olaraq tədbirlər görülür.

Eləcə də, hərəkətin intensiv olduğu, insanların daha çox toplaşdığı ərazilərdə maarifləndirici söhbətlər aparılıb, sanitar rejimin tələbləri izah edilib, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu vətəndaşların diqqətinə çatdırılıb. Polis əməkdaşları tərəfindən sakinlərə tibbi maskalar paylanılıb.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti