Oğurluq edən şəxslər tutuldu

Oğurluq edən şəxslər tutuldu
  16 May 2020    Oxunub:3815
Paytaxtda və Abşeron rayonunda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Ramana qəsəbəsində iki “Mercedes” markalı avtomobilin təkərlərini oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Səfərov yaxalanıb.

Abşeron rayon ərazisində evdən təmir-tikinti alətləri, inşaat materialları və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Mirzəyev və Sumqayıt şəhər sakini V.Həsənov DİN-in Baş Cinayət Axtarışı İdarəsi və rayon polis idarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti