Azərbaycanlıların Türkiyəyə getməsinə icazə verildi

Azərbaycanlıların Türkiyəyə getməsinə icazə verildi
  16 May 2020    Oxunub:7781
Mayın 20-dən etibarən 31 ölkənin vətəndaşlarının Türkiyəyə gəlişinə icazə veriləcək.

Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, müalicə almaq məqsədi ilə Türkiyəyə getmək istəyən xarici ölkə vətəndaşlarına icazə verilməsi nəzərdə tutulur.
Bildirilir ki, icazələr Azərbaycan, Rusiya, Yunanıstan, Qazaxıstan, Ukrayna, Özbəkistan, Gürcüstan, Türkmənistan, Moldova, Qırğızıstan, Almaniya, Böyük Britaniya, Hollandiya və digər ölkələrin vətəndaşları üçün keçərlidir. Koronavirus testi yalnız mənfi olan xəstələr sərhədi keçə bilərlər.

Xəstələrin istifadə edə biləcəyi xidmətlərin siyahısına ortopediya, travmatologiya, ümumi cərrahiyyə, uşaq cərrahiyyəsi, urologiya, göz xəstəlikləri, kardiologiya, onkologiya, neyrocərrahiyyə, hematologiya, reproduktiv terapiya, orqan və sümük iliyi transplantasiyası daxil edilib.

Türkiyədə müalicə almaq istəyən əcnəbilər haqqında məlumat əvvəlcə Beynəlxalq Tibbi Nəzarət Sistemində yerləşdiriləcək və ilkin təsdiqdən sonra Türkiyənin tibb müəssisələrində müalicəyə icazə veriləcək.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Türkiyə  





Xəbər lenti