Karantini pozan keçmiş məhkumdan tapança götürüldü

Karantini pozan keçmiş məhkumdan tapança götürüldü
  16 May 2020    Oxunub:4068
Sumqayıt sakinindən odlu silah götürülüb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən karantin rejimini pozduğuna görə saxlanılan şəhər sakini, əvvəllər məhkum olunan N. Məmmədovdan nömrəsi silinmiş “PSM” markalı tapança, 5 ədəd patron və 1 ədəd patron darağı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN   Karantin  





Xəbər lenti