Su kanalında batan şəhid oğlunun meyiti tapıldı - Yenilənib

 Su kanalında batan şəhid oğlunun meyiti tapıldı -  Yenilənib
  16 May 2020    Oxunub:5464
Taxtakörpü-Ceyranbatan su kanalında batan şəxsin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, su kanalının Abşeron rayonu ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1977-ci il təvəllüdlü Təhməzov Fariz Hidayət oğlunun axtarışları başa çatıb.

Onun meyiti nazirliyin hadisə yerinə cəlb olunan müvafiq qurumları tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişən F.Təhməzov şəhid övladıdır. Onun atası Hidayət Təhməzov 1992-ci ildə Qarabağ döyüşlərində şəhid olub.

Azvision.az


Teqlər: FHN   Kanal   Meyit  





Xəbər lenti