ANAMA Füzulidə radiopelenqator aşkarlayıb

ANAMA Füzulidə radiopelenqator aşkarlayıb
  16 May 2020    Oxunub:5094
2020-ci il 15 May tarixində saat 11:10-da Dövlət Sərhəd Xidmətindən Agentliyə Füzuli rayonu, Arayatlı kəndi ərazisində təqribi çəkisi 300 qram, hündürlüyü və diametri 20 sm ölçüdə, üzərində 7 metr ipək ip olan şübhəli əşyanın tapılması barədə məlumat daxil olub.
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Azvision.az -a bildirilib ki, Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan metroloji radiopelenqator aşkar olunub, aidiyyəti üzrə təhvil verilib.

Metroloji radiopelenqatorun ətrafında 100 kv.m əraziyə yerüstü, 125 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti