Almaniyada daha 101 nəfər koronavirusdan ölüb

Almaniyada daha 101 nəfər koronavirusdan ölüb
  15 May 2020    Oxunub:3019
Almaniyada son sutka ərzində koronavirusa 913 yeni yoluxma qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Robert Kox institutu məlumat yayıb.

Bildirilib ki, ümumi yoluxma sayı 173 152 olub. Ölənlərin sayı sutka ərzində 101 nəfər artaraq 7824-ə çatıb. 151 mindən çox xəstə sağalıb.

Ən çox yoluxma Bavariya (45 143), Şimali Reyn-Vestfaliya (35 967) və Baden-Vürttemberq (33 851) bölgələrində qeydə alınıb. Berlində indiyədək 6397 yoluxma halı aşkarlanıb.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasını pandemiya elan edib.

Pərvanə Sultanova
Azvision.az




Teqlər: Almaniya   Koronavirus  





Xəbər lenti