İranda koronavirusdan ölənlərin sayı 6854 oldu

İranda koronavirusdan ölənlərin sayı 6854 oldu
  14 May 2020    Oxunub:3312
İranda son sutka ərzində daha 1808 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, ölkədə virusa yoluxanların ümumi sayı 114 min 533-ə çatıb. Pandemiya qurbanlarının sayı 71 nəfər artaraq 6854 olub. İndiyədək 90 min 539 xəstə sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   virus  





Xəbər lenti